23 Noyabr 2026, Bazar ertəsi
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Konfrans Liqası: “Neftçi” üçün 26 mümkün rəqibdən 11-i məlumdur

Azərbaycan Premyer Liqasında mövsümün başa çatmasına bir tur qalmış “Neftçi” dördüncü yeri təmin etməklə, həm də UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirib.

Futbolxeber.az saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, “Neftçi” Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən başlayacaq. Bakı klubu 6.500 reytinq xalı ilə püşkatmada səpələnmişlər səbətində yer alacaq. Püşkatma iyunun 16-da keçiriləcək.

26 potensial rəqibdən 11-i artıq məlumdur. Bunlar “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Finlandiya), “Yelimay” (Qazaxıstan), “Hegelmann” (Litva), “Penibont” (Uels), “NSİ Runavik” (Farer adaları), “Glentoran” (Şimali İrlandiya), “Marsaşlokk” (Malta), “Nomme Kalju” (Estoniya), “Karnarvon Taun”dır (Uels).

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Xatırladaq ki, bu turnirdə Azərbaycanı “Turan Tovuz” da təmsil edəcək. Bürünc medalçı mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30