Ölkə futbolu
Rəşad Sadıqov: “Sabah”ın start heyətini görəndə məndə bir az məyusluq oldu”
“İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün bundan qabaq ağır məğlubiyyətlə qarşılaşmışdıq. Ona baxmayaraq, futbolçular tələblərimizi nəzərə alıb, ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm idi”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- "Sabah" - "Neftçi" matçında ev sahibi komandanın start heyətini görəndə, ilk təəssüratınız necə oldu?
- Maraqlı sual verdiniz. Gizlətməyəcəm. Heyətlər bir saat əvvəl bilinir. Düzü, start heyətini görəndə məndə bir az məyusluq oldu (gülür). Təbii ki, rəqabətdir. Biz də istəyirik ki, rəqabət apardığımız komandalar xal itirsinlər. "Neftçi"ni ürəkdən təbrik edirəm. Xüsusilə də, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Onlar da avrokuboklara getməyə layiq idi, biz də. Onlara da avrokuboklarda uğurlar arzulayıram. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.
- Oyunun son 10 dəqiqəsində mərkəzi nöqtə sizlə azarkeşlər arasındakı müzakirə idi. Orada nə baş vermişdi?
- Orada mübahisə etmirdik, müzakirə edirdik. Bilirsiz,"Zirə"nin çoxsaylı azarkeşləri yoxdur. Azarkeşlərlə bir-birimizi üzdən də tanıyırıq. Artıq altı ildir buradayam. Erenlə bağlı sual oldu, mən də sual verirdim ki, onu başa düşmədim. Sonra fikirləşdim ki, bəlkə finaldakı Ereni erkən dəyişiklik etməyimizlə bağlı idi. İssa da, Eren də zədəli idi, mətbuat konfranslarında da bunu demişdim. Yoxsa əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi? Onun müzakirəsi gedirdi. Azarkeşdirlər, istəklidirlər, nəticə qazanmaq istəyirlər. Son 3 ildə 4 yarışda 2-ci olmuşuq. Bu da "Zirə" üçün çox böyük nəticədir. Azarkeşlər daha çoxunu istəyir. Bizə ən çox mənfi təsir edən məqam legioner limitinin dəyişdirilməsi idi. Limitin dəyişməsi bizə rəqabətdə ciddi problem yaratdı. Mövsüm boyu da onu hiss edirdik. Çempionat boyu zədələr, gedənlər... Biz bu mövsüm 6-7-ci yerdə olsaydıq, buna təəccüblənməyəcəkdim. Çünki il başlayandan bu günə qədər yaşadığımız problemləri nəzərə alsaq, 6-7-ci yerlərdə olsaydıq da, təəccüblənməyəcəkdim. Amma klubumuza, camiəmizə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, sona qədər mübarizənin içində olduq. Əlimizdən gələni etdik, amma alınmadı.
- Cavid Cəlilov sizin oyununuzda verilən səhv qərardan sonra cəzalandırılmışdı. Amma bu gün yenə sizin oyununuza təyinat aldı. Oyunun gedişatında hiss olunurdu ki, 50/50-ə olan epizodlarda rəqibin lehinə qərarlar verirdi. Təzyiq hiss edirdiniz?
- Açığı, mən də təyinatı başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Kim cəzalanıbsa, "Zirə"nin oyunlarında cəzalanıb. Nə hikmətdirsə, baş açmadım. Çempionatda başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, biz hiss etməmişik. Amma açıq-aşkar bu şəkildə cəzalanan, I Liqaya, Əvəzedicilər Liqasına göndərilən hakimlər "Zirə"nin oyunundan sonra olub. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olması çox təəccübləndirici idi. Mövzu açıldı, sual verirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Tamam, VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Sumqayıt"dan növbəti transfer
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
04.10.2026
03.10.2026
02.10.2026
























