18 Noyabr 2026, Çərşənbə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu
Millimiz Andorraya qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: "Bəzi futbolçularla vidalaşacağıq"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 32-ci turunda "İmişli"ni 3:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavaablandırıb:

- Futbolçularımı təbrik edirəm. Vacib qələbədir. Avropa Liqasına vəsiqəni təmin etdik. Bəlkə də oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan komanda var idi. Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini deyə bilmərəm. Komandamda motivasiya yerində idi və buna görə yaxşı qalibiyyət əldə edə bildik. Stadionda olan hər kəsə təşəkkür edirəm. “İmişli”yə də təşəkkürlər düşür. Premyer Liqada ilk illəri idi və buna baxmayaraq, çox yaxşı çıxış etdilər.

- Mətbuatda Kipr klubunda çıxış edən futbolçu ilə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?

- Hələ heç kimlə razılığıa gəlməmişik. Düzdür, çox oyunçu ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.

- Komandanın Çempionlar Liqası və ya Avropa Liqasında oynaması transfer fəaliyyətinə təsir edir?

- Məncə, etmir. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar.

- Musa Qurbanlının zədəsi avrokubok oyunlarına kimi sağalacaq?

- Ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimal, belə olacaq.

- Bədavi Hüseynova yeni müqavilə təklif olunacaq?

- Böyük ehtimalla, komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30