3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

99 mükafat: 34 mövsüm, 21 komanda

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün bütün mükafatçılarının medallarının əyarı dəqiqləşib. İlk çempionluğu qazanan “Sabah”ın ardından “üçlük”də yerini təmin edən “Qarabağ”la “Turan Tovuz”un hansı əyarlı medal qazandığı 32-ci turda bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" “İmişli” üzərində 3:0 hesablı qələbə qazanaraq 2-ci yeri təmin edib. Bununla da “Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində oynayacağı dəqiqləşib.

32-ci turda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olan “Turan Tovuz” isə Premyer Liqanın 3-cüsü olub. Qərb təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bununla da ötən mövsümün üç mükafatçısından yalnız biri – “Qarabağ” yenə medalçılar sırasında qalıb. “Sabah” fasilədən sonra “üçlüy”ə qayıdıbsa, “Turan Tovuz” ilk dəfə bunu bacarıb. Bir mövsümdə iki komandanın mükafatçılar sırasına qoşulması və yalnız birinin “üçlük”də qalmasına sonunu dəfə 2010/11 mövsümündə təsadüf olunmuşdu. 15 il əvvəl də “Qarabağ” bir mövsüm öncəki kimi mükafatçılar sırasında qalmışdı.

34-cü mövsümü başa çatmaqda olan Azərbaycan çempionatlarından birinin qalibləri müəyyənləşmədiyini nəzərə alsaq, ümumilikdə 33 dəst medal sahibini tapıb. Bu 99 medaldan 21-ni “Neftçi”, 20-ni “Qarabağ” əldə edib.

Yubiley mükafatına sahib çıxan Ağdam klubu gümüş medalların sayında “Neftçi”nin rekorduna çatıb. Hər iki komandanın 5 ikinciliyi var.

“Turan Tovuz” 21-ci mükafatçı kimi tarixə düşübsə, “Sabah” hər üç əyarlı medala sahib çıxan 7-ci komanda olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31