Ölkə futbolu
Ramon Maçado: “Rəhbərlik bu il kluba çox pul xərcləsə də, təəssüf ki...”
“Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçadonun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 32-ci turunda “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdiniz. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Bizim üçün uğurlu oyun alındı. Yaxşı mübarizə apardıq. Hər iki hissədə üstünlük bizim tərəfimizdə idi. Layiqi qələbə qazandıq. Mən də fərqləndim. Uzun müddətdən sonra qol vurduğum üçün xoşbəxtəm.
- 6 oyunluq qələbə həsrətinə son qoydunuz...
- Təbii ki, uzun müddət qələbə qazanmamağımız heç də xoş deyildi. Nəhayət ki, bu matçda 3 xal qazandıq. Qalib gəlmək hər zaman xoşdur.
- Artıq avrokuboklara yollanmaq şansını itirmisiniz. Belədə oyunlara köklənmək çətin olmur?
- Digərlərini deyə bilmərəm, amma mən baxımdan hər hansı bir problem yoxdur. 100 faiz gücümü meydanda qoyuram. Sona qədər də belə olacaq.
- Maraqlıdır ki, “Kəpəz” “Qarabağ”, “Sabah” kimi klublara qalib gəlsə də, siz Gəncə klubunu bu mövsüm hər 3 oyunda məğlub etdiniz. Bunu nə ilə əlaqələndirmək olar?
- Futboldur, belə hallar olur. “Kəpəz” heç də zəif rəqib deyil. Onları asanlıqla məğlub etmək çətindir.
- “Araz-Naxçıvan”la müqaviləniz mövsümün sonunda bitir. Sözləşmənin artırılması ilə bağlı təklif almısınız?
- Xeyr, “Araz-Naxçıvan” mənə yeni müqavilə təklif etməyib. Bu barədə hər hansı söhbət olmayıb.
- Bəs digər klublardan maraqlanan olub?
- Müəyyən söhbətlər var. Lakin rəsmi olaraq heç bir təklif yoxdur.
- “Araz-Naxçıvan” mövsümə heç də pis başlamamışdı. Qış fasiləsinə qədər komanda iddiasını qoruyurdu. Sonradan nə baş verdi ki, uğursuzluq oldu?
- Təbii ki, bu vəziyyətə görə çox təəssüflənirəm. Bizim rəhbərlik bu il kluba çox pul xərclədi. Keçən ilə baxanda bu il daha çox şansımız var idi. Heyətimiz güclüdür. Bu heyətlə biz ilk dördlükdə olmalıydıq.
- Bəlkə çempionatda rəqabət artıb?
- Rəqabət daha yuxarıdır, razıyam. Lakin ilk növbədə günahı özümüzdə axtarmalıyıq. Bəzi matçlarda çox yersiz xallar itirdik.
- Mövsümün son turunda “Zirə” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- “Zirə” dördüncü yer uğrunda mübarizə aparır. Avrokuboklara yollanmaq şansları var. Buna görə də meydana qələbə üçün çıxacaqlar. Biz də ən yaxşısını etməyə çalışacağıq. Mən də komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. “Araz-Naxçıvan”ın formasını geyirəmsə, 100 faiz özümü göstərməliyəm. “Zirə”yə qalib gəlməyə çalışacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
-
11:36
Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
-
11:09
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
-
10:45
Kipr - Monteneqro matçında 5 qol VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
I Liqada hakim təyinatları
17.11.2026
16.11.2026
























