18 Noyabr 2026, Çərşənbə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi
U-17 millimiz qrupda sonuncu oldu
Millimiz Andorraya qalib gəldi

Ölkə futbolu

Andrey Demçenko: “Rəhbərlik necə qərar verəcəksə, elə də olacaq”

Azərbaycan Premyer Liqasında XXXII tur çərçivəsində "Araz-Naxçıvan" doğma meydanda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb:

"Bu qalibiyyət münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün biz müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdə idi".

- Turnir cədvəli ilə bağlı bir motivasiya qalmayıb. Bu amili nəzərə alsaq, oyunçuları matça necə kökləyirsiniz?

- Başa düşürəm ki, bu mövsüm yaxşı keçmədi bizim üçün. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Mən həmişə öz futbolçularıma deyirəm ki, hər oyun bir şansdır. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdur. Onlar özləri də başa düşürlər ki, bu matçlar onlar üçün özlərini göstərmək baxımından bir şansdır.

- Bəs özünüzün motivasiyası varmı?

- Şəxsi olaraq da, yaxşı bir sezon keçirə bilmədim. Komanda bir gəmidir. Burada həm futbolçular var, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30