8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Andrey Demçenko: “İstəksiz futbol oynamırlar”

"İlk olaraq onu deyim ki, "İmişli" bizdən daha çox istəkli idi. Futbolu daha "ac" futbolçular oynamalıdır. İstəksiz futbol oynamırlar, futbolçu meydanda istəkli olmalıdır. Biz demirik ki, bu gün üstünlüyümüz var idi. Futbolda belədir, alınmasa da, sona qədər döyüşməlisən. Bu məqam böyük rol oynadı. "İmişli" ona görə də qələbə qazandı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Demçenko Azərbaycan Premyer Liqasının 30-cu turunun "İmişli" ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Futbolçularda nəyə görə istək yoxdur?

- Çünki "ac" deyirlər. Futbolu qalib gəlmək istəyən oyunçular oynamalıdır.

- Yeni mövsüm komandada qalsanız, heyətin böyük hissəsini dəyişəcəksiniz?

- İndi bu yöndə danışıqlar yoxdur. Bu sual barədə nəsə deyə bilmərəm. Çünki öz taleyimin necə olacağını bilmirəm.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30