Ölkə futbolu
Qurban Qurbanov: “Güclü olduğun halda belə, bəzən çempion olmursan”
Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan oyunda "Qarabağ" "Neftçi"yə 1:2 hesabı ilə uduzub.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Neftçi"ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular. Öz futbolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Futbolçulara dedim ki, bu oyunda rəqib daha hazırlıqlı və daha aktiv olacaq. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Bizə xeyli istirahət lazımdır. 4 gündən sonra oyun olacaq. ÇL-dən uzaq olsaq da, hələ də sıx qrafik içindəyik. Bu il futbolçularımız üçün çox yaxşı təcrübəli il oldu. Biz məşqçilər üçün də. Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər. İstənilən məğlubiyyətə baxmayaraq, futbolçularıma təşəkkür edirəm".
- Düşünmürsünüz ki, 1:5 hesabı rəqibə əlavə motivasiya verdi?
- 100 faiz. Onların yaxşı hazırlıq proqramları olmuşdu. Gözləyirdim ki, bu gün "Neftçi"nin futbolçuları daha hazırlıqlı olacaqlar. Ola bilər ki, rəqibə ciddiyyət də vermişdi. Haqları idi.
- İlk oyundakı böyükhesablı qələbə sizin futbolçularda rahatlıq yaratmamışdı ki?
- Rahatlıq istər-istəməz olur. Maksimum çalışdıq ki, futbolçular bu haqda düşünməsinlər. Futbolçular da təcrübəlidirlər, "Neftçi"nin gücünü bilirlər, fərdi yaxşı oyunçuları var idi. Nə qədər özlərini konsentrasiya etsələr də, rahatçılıq var idi. İnsandırlar.
- Montielin zədələnməsinin oyuna təsiri oldu?
- Düzdür, gözlənilməz dəyişiklik oldu. Oyundan öncə fərqli planlarımız var idi dəyişikliklərlə bağlı. Pedro Bikalyo 9 oyun dayanmadan oynamışdı. Onu meydana buraxmağa ehtiyatlanmışdıq. Montiel əvvəlki oyunda oynamamışdı. Dəyişikliklərdə düşünəlməmiş addımlar oldu.
- "Sabah" ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiniz?
- Təbrik edirəm. İstənilən komandamızın uğurunu bildirməliyik. Onları təbrik etməliyik. Bu, futbolun aksiomasıdır. Son bir ay, ayyarımda çempionatın bütün oyunları... "Sabah"la üç, "Neftçi" ilə 2 dəfə oynadıq az müddətdə. Sanki fərqli Azərbaycan çempionatı oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq... Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi futbola olan azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır.
- İkincilik də təhlükə altına düşüb. Bu, sizi narahat edir?
- Əlbəttə ki, narahat edəcək. Yaxşı, hazırlıqlı "Turan Tovuz"a qarşı oynayacağıq. Özünəməxsus oyun üslubu var. Rəqibə çətinliklər yaradır. Buna hazır olmalıyıq. Son oyunlara mübarizə aparacağıq. Futbolçularım bu il əlavə xarakter göstərdilər. Sıx qrafikə baxmayaraq, çalışacağıq ki, bunu bacaraq. Öz futbolçularıma arxayınam ki, maksimum güclərini qoyacaqlar.
- "Qarabağ"ın çempion olmamasında əsas məsələ, Çempionlar Liqasında daha uzun yol qət etməsi, legioner limitinin ləğvi, yoxsa "Sabah"ın gücüdür?
- Bir neçə səbəb var. Baxsaq ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən ümumi çempionatın gedişatına, çempionatın gücünü bilmədik. Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər filan oldu. Bu da hardasa ölkə çempionatına olan motivasiyaya təsir etdi. Bizim qarşımızda yaxşı "Sabah" var idi. Hansı ki, çox formalaşmış komanda idi. Bütün fikrini çempionata yönəltmişdi. Heç bir oyunda boşluq vermədilər. Bəlkə də tam bu çempionata sırf hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik ki. İstənilən ölkədə bu halları görmüşük. Güclü olduğun halda belə, bəzən çempion olmursan. Bəzi nüanslar var. Bunu biz normal analiz edib, düzgün qəbul etməliyik. Hansı çatışmazlığın olduğunu da bilirəm. Çox komanda çox istəkli idilər, o cümlədən "Sabah", "Neftçi", "Zirə". Onlar titul üçün böyük işlər görürlər. Sonda da belə nəticələr oldu. Bundan düzgün nəticə çıxararaq, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi gedişatdan, futbolçularımın performansından razıyam.
- Yayda "Qarabağ"da dəyişikliklər olacaq. Yeni transferlərlə bağlı danışıqlar aparırsınız? Razılığa gəlmisiniz kiminləsə?
- Danışıqlar var, gedir, çoxdur. Bəlkə də işimizin 60-70 faizini transfer tərəfə yönəltmişik. Ona görə yox ki, futbolçulardan razı deyiləm, kimlərisə göndərəcəyik. Sadəcə daha da çox geniş heyətə ehtiyac var. Transferlər etməyə çalışacağıq. Bəlkə də 5-6, bilmirəm nə qədər alınacaq. İstədiyimiz kimi olsa, işləmək asan olardı. Son anda da hansısa transfer alınmayıb. Dəyişikliklər olacaq. Amma bu, heyəti genişləndirmək və bu cür gərgin qrafikə hazır olmaq üçündür.
- Göndərməyi istədiyiniz, amma son 2-3 oyuna görə fikrinizi dəyişdiyiniz oyunçular var? Marko Yankoviç son oyunlarda daha yaxşı performans göstərir...
- Xeyr, heç bir futbolçunu göndərmək haqda düşünməmişəm. Çünki gətirilən oyunçu yoxdur hazırda. Sonda olacaq. Yankoviç çox yorulmuşdu. Hətta millidə oynayanlar çox yorulurlar. Milliyə getməyənlər heç olmasa dincəlir. Yankoviçə istirahət verdik, formasını bərpa etsin. Ola bilər ki, bir neçə futbolçu haqda təxmini göndərmək istədiyimi bildirə bilərəm. Amma o da transferlərdən asılıdır. Futbolçuların müqavilələri var. Qarşılıqlı razılıqla olmalıdır. Yəqin ki, gedənlər də olacaq. Gələnlər də olmalıdır.
- Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?
- Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam. Hələ bir neçə oyun var.
- Sizinlə görüşmək istədiyi deyilir..
- Yox, olmayıb.
- Əvəzedicilər heyətə göndərilsə də, orada oynamırlar... Maksim Medvedevlə danışmısınız?
- Yox, belə tapşırıq verməmişəm. İstəsələr, oynaya bilərlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
20.09.2026
19.09.2026
18.09.2026
























