27 Oktyabr 2025, Bazar ertəsi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Blajevski rəsmən “Xəzər Lənkəran”da

"Xəzər Lənkəran" Futbol Klubu makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar yoluna yerli "Pelister"də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. "Asteras", "Veria" və "Pierikos"da çıxış etdikdən sonra, Deyan ölkəsinin "Turnovo" klubu ilə müqavilə imzalayıb.

Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırkı mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb.

Futbolçu ilə klub arasında imzalanan müqavilənin müddəti növbəti mövsümün sonuna qədərdir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31