15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşıb.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb.

Bununla da fiaskoya uğrayan Azərbaycan millisi qrupda keçirdiyi 3 oyunun heç birində qələbə qazana bilməyib. Beləcə, yığmamız qrup mərhələsini üçüncü yerdə başa vuraraq turnirlə vidalaşıb.

Qrupun digər matçında Litvanı 3:0 hesabı ilə məğlub edən Bolqarıstan millisi qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

30 mart

Azərbaycan - Malta - 2:2

Qollar: Bəşirov, 57, Debono, 72-avtoqol - Roe, 2, Zammit, 51

Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)

Plovdiv, Nikola Şterev-Starika İdman Kompleksi

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31