30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

"Qarabağ"dan daha bir jest: Bu dəfə uşaqlara

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb. 15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər.

"Qarabağ" bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı.

Qeyd edilib ki, uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Çünki biletsiz giriş mümkün deyil.

Bu qaydanın hər kəsə aid olduğu və biletlərin yalnız oyun günü stadionun kassasından əldə etmək mümkün olacağı bildirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30