13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Ölkə futbolu

Koxalski: “O təklifi qəbul etmədim, arzum İngiltərədir”

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski karyerasını İngiltərədə davam etdirmək arzusunu açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı qolkiper ölkəsinin sport.pl portalına müsahibəsində bildirib ki, İngiltərə Premyer Liqasında oynamaq onun əsas hədəflərindən biridir:

“Premyer Liqa klubuna transfer olmağı xəyal edirəm. Liverpulda keçirdiyim anlar mənim üçün xüsusi idi. Bu gün ‘You’ll never walk alone’ eşidəndə həmin oyunda buraxdığımız altı qolu xatırlayıram”.

O etiraf edib ki, ABŞ-dan MLS liqasından aldığı təklifi qəbul etməyib: “ABŞ-dan sorğular var idi, amma MLS-ə transfer təklifini rədd etdim”.

Koxalski deyib ki, arzusu İngiltərə Premyer Liqasıdır, amma ehtiyat qapıçı olacağı komandaya getməyəcək: “Daim oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır".

Koxalskinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər. Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31