Ölkə futbolu
Qapı bağlı qalıb... qapıçılarımıza
Bu gün milli komandamız “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sumqayıtda Sent Lüsiya millisi ilə qarşılaşacaq. Əslində, rəqibin adı elə oyunun səviyyəsindən xəbər verir. Bir komanda ki FİFA reytinqində 167-ci yerdədirsə, hansı oyundan danışmaq olar? Görəsən, millimizin futbolçuları daha əvvəl Sent Lüsiyanın adını eşidiblər? Yaxud bu ölkənin hansı qitədə yerləşdiyindən xəbərdardırlar? Bu sualları çox uzatmaq olar. Ona görə də oyunöncəsi mətbuat konfransında Ayxan Abbasova rəqibdən daha çox qapıçı mövqeyi ilə bağlı suallar verildi.
Əvvəlcə Abbasov “Kəpəz”in qolkiperi Yusif İmanovun yığmaya dəvət almamasına özünəməxsus şəkildə münasibət bildirdi: “Niyə dəvət almalıdır ki?”
Ardınca “Bizim üçün hər futbolçu önəmlidir” deyən mütəxəssis qərarına haqq qazandırmaq üçün İmanovun legioner həyatının uğursuz alınmasından, “Kəpəz”də daim əsas heyətdə yer almamasından və s. danışdı. Ayxan bəyin ardıcıl dediyi “Yusif niyə dəvət almalıdır ki?” və “Bizim üçün hər futbolçu önəmlidir” cümlələri bir-birinə nə dərəcədə uyğundursa, elə İmanovun yığmaya çağırılmaması ilə bağlı səslənən fikirlər də o dərəcədə inandırıcı idi...
Əslində isə reallıq çox sadədir. Yusif İmanovun milliyə yolunu bağlayan sabiq klubu “Sabah”la arasındakı problemdir. Kimsə razılaşmaya bilər. Lakin zaman kimin haqlı, kimin haqsız olduğunu göstərəcək. İmanov yaxın gələcəkdə çətin ki, milliyə dəvət alsın. Necə ki, milli komandanın qapıları Mehdi Cənnətovun üzünə bağlıdır. Düzdür, bunu da heç kim açıq-aşkar demir. Lakin fakt budur ki, hələ Ayxan Abbasovdan əvvəl, Fernandu Santuşun dönəmində də Cənnətov yığmadan kənarda qalırdı. Hər dəfə də bir bəhanə gətirilirdi. Axırda da ona dəvət göndərilməməsini pasport problemi ilə əlaqələndirdilər. Sonra isə məlum oldu ki, Mehdinin pasportla bağlı problemi yoxdur. Dünən Ayxan Abbasov qapıçı məsələsini müzakirə edərkən bu məqama da toxundu: “Əvvəl deyirdilər ki, niyə Kamran İbrahimov və Mehdi Cənətov dəvət edilmir? İndi isə soruşan yoxdur”. Görünür, Ayxan Abbasov bununla Cənnətovun hazırda “Sumqayıt”ın əsas qapıçısı olmamasına işarə edirdi. Guya ki, Cənnətov əsas qapıçı olanda daim milliyə çağırılırdı, qaldı indi...
Mətbuat konfrasında qapıçı məsələsi ilə bağlı kulminasiya isə Abbasovla aramızdakı dialoq oldu:
- Azərbaycan Premyer Liqasında 11-ci yerdə gedən komandadan eyni anda iki qapıçı dəvət etməyiniz birmənalı qarşılanmadı. Turnirin və rəqiblərin səviyyəsini nəzərə alaraq 35 yaşlı Səlahət Ağayevin əvəzinə milliyə daha gənc qapıçı dəvət etmək olmazdı?
- Azərbaycan çempionatında hansı komandalarda yerli qapıçılar dayanır?
- Azərbaycandan olmasa da, xaricdə var. Rusiyanın SKA klubundan İslam İmamov, yaxud U-21-in sabiq qapıçısı Eldar Tağızadəyə dəvət göndərmək olmazdı?
- Eldar hansı liqada çıxış edir?
- İcarə əsasında Sloveniyanın ikinci liqa təmsilçisi “Bistrica”da forma geyir, son 25 gündə 4 matçda çıxış edib və ikisində qapısını toxunulmaz saxlayıb...
- Sloveniya II Liqasının klubu bizim Premyer Liqanın 11-cisidən üstündür? SKA-dakı qolkiperə də baxmışıq. Bizim qapıçılardan üstün deyil...
Bu cavablardan sonra bir anlıq çaşıb qaldım. Deyəsən, qarşımdakı FİFA reytinqində 126-cı yerdə olan Azərbaycan yox, İspaniya, yaxud Fransa millisinin baş məşqçisi idi. Görəsən, bizim ölkə xaricində neçə futbolçumuz oynayır? Biz nə vaxt belə inkişaf etdik ki, Sloveniya ikinci liqasına lağ edirik? Bunu 2 ildən çoxdur oyun uda bilməyən, cırtdanların yer aldığı D Liqasında yarışacaq Azərbaycan millisinin baş məşqçisi deyirsə, bu, sözün bitdiyi andır. Heyif səndən, Sloveniya çempionatı...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
10:46
VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək
-
10:23
İtaliya millisi yenə Türkiyəyə qalib gəldi VİDEO
-
09:54
“Qarabağ”ın qapıçısı sevindi, “Sabah”ın müdafiəçisi üzüldü
-
09:40
U-20 yığmamız Yaponiya ilə üz-üzə
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:20
DÇ: Hidayət Heydərov mübarizəyə başlayır
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:10
U-21 millimiz Cəbəllütariqə qarşı
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
06.10.2026
05.10.2026
04.10.2026
























