6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Ölkə futbolu

Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır

Beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən “Qarabağ MechaHack 9030” robototexnika komandası, texnoloji biliklərin cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması istiqamətində fəaliyyətini genişləndirir.
 
Komanda son 6 ay ərzində sosial inklüzivlik prinsiplərinə sadiq qalaraq, ümumilikdə 95 şagird üçün genişmiqyaslı STEM seminarları və vorkşoplar silsiləsi həyata keçirib.
 
Bu missiya çərçivəsində komanda üzvləri iki fərqli uşaq evində məskunlaşan yeniyetmələri mühəndislik dünyasının maraqlı tərəfləri ilə tanış edib, onlarda gələcəyin peşələrinə olan marağı artırıblar. Sosial inklüzivliyin təmin olunması məqsədilə fəaliyyət dairəsini genişləndirən gənc mühəndislər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin "Qarabağ DOST Evi" filialında fiziki məhdudiyyətli və həssas qruplardan olan uşaqlar üçün xüsusi interaktiv seminar təşkil ediblər. Eyni zamanda, "Train Brain" tədris mərkəzində gənc istedadlara robototexnikanın incəlikləri və müasir proqramlaşdırmanın əsasları dərindən aşılanıb.
 
“Qarabağ MechaHack 9030” komandasının bu təşəbbüsü təkcə texniki biliklərin ötürülməsi deyil, həm də cəmiyyətdə bərabər imkanların yaradılması və gənclərin öz potensiallarını kəşf etmələri üçün bir bələdçi rolunu oynayır. Komanda rəhbərliyi bildirib ki, bu cür sosial layihələr davamlı xarakter daşıyacaq və daha çox gəncin modern texnologiyalarla tanış olmasına şərait yaradılacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31