6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Ölkə futbolu

“Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL

I Liqada əmin addımlarla çempionluğa doğru irəliləyən “Şəfa”da tezliklə baş məşqçi dəyişikliyi olacaq.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, komanda Premyer Liqaya vəsiqəni əldən verməsə, baş məşqçi postuna daha təcrübəli mütəxəssis cəlb olunacaq. Bir müddətdir bu yöndə axtarışda olan “Şəfa” rəhbərliyi artıq istədiyi məşqçini tapıb. Belə ki, komandanı yeni mövsümdən Aftandil Hacıyev çalışdıracaq. Təcrübəli mütəxəssislə böyük ölçüdə razılıq əldə edilib. Cari mövsüm yekunlaşdıqdan sonra Hacıyevin təyinatının rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda Elgiz Kərəmlinin çalışdırdığı “Şəfa” 19 turdan sonra 45 xalla I Liqada vahid liderdir. Paytaxt təmsilçisi ən yaxın izləyicisini sona 8 tur qalmış 8 xal qabaqlayır.

Əlavə edək ki, vaxtı ilə futbolçu kimi “Şəfa”da oynamış Aftandil Hacıyev Premyer Liqada 4 il “Səbail”in baş məşqçisi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31