Ölkə futbolu
Litvanın 19 illik həsrətinə son qoyan U-19 millimiz - İnkişaf Strategiyasi budur?
19 yaşadək futbolçulardan ibarət milli komandamız dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Litva ilə qarşılaşan yığmamız meydanı darmadağınla tərk edib. Hər hissədə iki qol vuran litvalılar millimizi meydana çıxmağa peşman ediblər - 0:4. Bununla da, U-19 millimiz üçün seçmə mərhələ başlamamış bitdi. Qrupda 3 komandanın mübarizə apardığını, yalnız qrup qalibinin növbəti mərhələyə adladığını nəzərə alsaq, çətin ki, millimiz möcüzəyə imza ata...
Əlbəttə, futbolda udmaq da olar, uduzmaq da. Amma Litva kimi futbolu bizdən o qədər də seçilməyən ölkənin yığmasına 0:4 hesabı ilə uduzmaq biabırçılıqdır. İnanmırsınız? Gəlin tarixə birgə qısa səyahət edək. Görəsən, Litvanın U-19 millisi sonuncu dəfə nə vaxt bir oyunda 4 qol vurub? Kiçik bir araşdırma apardıq və məlum oldu ki, Litva yığması sonuncu dəfə bir oyunda 4 qolu 2007-ci ilin 25 oktyabrında vurub. Həmin gün San Marino ilə üz-üzə gələn Litvanın U-19 yığması 4:0 hesablı qələbə qazanıb. Geridə qalan illər ərzində seçmə mərhələ və yoxlama oyunları nəzərə alınmaqla 141 matça çıxan U-19 Litva millisi 23 qələbə qazanıb, 25 heç-heçə edib, 83 dəfə də uduzub. Vurulan qolların sayı 91, buraxılan qolların sayı isə 224-dür. Həmin 83 məğlubiyyətdən biri də məhz Azərbaycan yığması ilə görüşə təsadüf edir. Belə ki, 2016-cı ilin 9 oktyabrında U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində litvalı həmyaşıdlarını 2:0 hesabı ilə məğlub edib. Qolları da Fərid Nəbiyev və Rövlan Muradov vurub. Son 10 ildəki nəticələr Litva və Azərbaycan futbollarında inkişafın hansı istiqamətdə getdiyini göstərir...
Statistikadan da göründüyü kimi, Litva yığması millimizlə oyunda 19 ildən sonra 4 qol vurmağa müvəffəq olub. Maraqlıdır ki, Litvanın U-19 yığması sonuncu dəfə bir matçda 4 dəfə fərqlənəndə dünən meydanda olan futbolçulardan hələ heç biri dünyaya gəlməmişdi...
Ola bilər, biz nələrisə düzgün anlamırıq. AFFA-da rəhbər dəyişikliyindən sonra 1 il başımızı strategiya ilə qatanlar məhz bunu nəzərdə tuturmuşlar. Görünür, “inkişaf” belə olur. Litva kimi komandadan 4 qol buraxmaq...
P.S. Hörmətli, AFFA! Sabah U-17 millimiz seçmə mərhələdə Litva ilə üz-üzə gələcək. Xəbərçilik kimi çıxmasın, amma xəbəriniz olsun ki, Litvanın U-17 yığması sonuncu dəfə 4 qolu 2019-cu ilin 3 oktyabrında Farer adalarına vurub – 4:1. Görün neynirsiniz... Amma pisi odur ki, Litva yığması 2024-cü ildə Lixtenşteynə bir dəfə 9, bir dəfə 8, Estoniya millisinə isə 5 qol vurub... Allah millimizi qorusun!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
-
11:36
Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
-
11:09
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
-
10:45
Kipr - Monteneqro matçında 5 qol VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
I Liqada hakim təyinatları
17.11.2026
16.11.2026
























