4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ" nümayəndələri Lissabonda beynəlxalq tədbirdə

Portuqaliyanın paytaxtı Lissabonda EFC-nin Kommersiya, İnnovasiya və Azarkeş Klubları Bağlantısı (Commercial, Innovation and Fans Club Connect) tədbiri keçirilib. Toplantı Avropa futbolunda kommersiya, innovasiya və azarkeş əlaqələrinin inkişafına həsr olunub.

Futbolxeber.az saytının məlumatına görə, Lissabonda təşkil olunan tədbirin əsas məqsədi futbol klublarının davamlı maliyyə artımını təmin etməsi, rəqəmsal transformasiyaya uyğunlaşması və azarkeşlərlə daha güclü bağ qurması istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.

Beynəlxalq platforma kimi təşkil olunan görüşdə aparıcı Avropa klublarının rəhbərləri, kommersiya və marketinq mütəxəssisləri, eləcə də texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər. Panel müzakirələrində azarkeş bağlılığı, qlobal tərəfdaşlıqlar, bilet satışı texnologiyaları və stadion təcrübəsinin inkişafı kimi mövzular ön plana çıxıb.

Tədbirdə "Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov, marketinq və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev və əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev iştirak ediblər.

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov “Tərəfdar Bağlılığı Yaratmaq - Xallar və İmtiyazlardan Kənar” panelində təqdimatla çıxış edib. O, “Qarabağ”ın mobil tətbiqi, son dövrlərdəki inkişafı, həmçinin loyallıq haqqında danışıb, müasir futbol klubları üçün əsas istiqamətlərdən biri azarkeşlərə real dəyər təqdim etmək və onlarla uzunmüddətli emosional bağ qurmaq olduğunu vurğulayıb. Əsgərov bildirib ki, düzgün qurulan azarkeş strategiyası klubun həm brend dəyərinə, həm də kommersiya gəlirlərinə müsbət təsir göstərir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31