Ölkə futbolu
Yuri Vernidub: “Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur”
"Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukraynanın sport.ua saytına müsahibə verib.
- Artıq yeni şəraitə öyrəşmisiniz? Azərbaycanda işləmək necədir?
- Əlbəttə, öyrəşmişəm. Səhər saat 7-də oyanıram, qəhvə içirəm, maşına minib bazaya gedirəm. Saat 8:00-8:30-da artıq orada oluram. Günümü səhərdən axşama qədər bazada keçirirəm. Günüm futbolla bağlı olur, yalnız axşam evə qayıdıram.
Azərbaycanda işləmək hər yerdə olduğu kimidir. Futbol işi hər yerdə eynidir: maraqlıdır, eyni zamanda məsuliyyətlidir və özünəməxsus xüsusiyyətləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur. Əvvəlki oyunlardan birində özümü güclə saxladım ki, heç nə deməyim. Mənim üçün ən vacibi komandamın oynamasıdır. Qalanını başqaları şərh etsin.
- Siz zəngin tarixə malik və ölkənin ən titullu klublarından birinə rəhbərlik edirsiniz. Bu mövsüm çempionluq artıq real görünmür. Komandanın məqsədi nədir?
- Mən “Neftçi”yə komandanın nəticələrini yaxşılaşdırmaq və maksimum potensialını göstərmək üçün gəlmişəm. Yeni futbolçulardan heç kimi özüm gətirməmişəm. Mənə əvvəlki heyət qalıb. Deyə bilərəm ki, uşaqlar yaxşı hazırlaşıblar, texnikalı və sürətlidirlər. Medal şansları hələ də var, çünki qarşıda 10 oyun qalır. Axıra qədər mübarizə aparacağıq. Turnir cədvəlində mümkün qədər yuxarı qalxmaq və avrokuboklarda oynamaq istəyirik. Mən gələndə liderlərlə aramızda xal fərqi böyük idi, indi azalıb. Odur ki, mübarizə aparacağıq, zaman göstərəcək.
- Komanda ilə tez uyğunlaşa bildiniz?
- Şükürlər olsun ki, hər şey yaxşıdır. Oyunçular hər şeyi anlayır, tapşırıqları yerinə yetirirlər. Onların işə münasibəti xoşuma gəlir. Mövsümün sonunda nəticələrə baxacağıq.
- Məlum olduğu kimi, bizim həmyerlilərimizdən "Neftçi"də "Çernomorets"in sabiq futbolçusu Andrey Ştoqrin oynayır. Komandada ukraynalı legionerlərdən başqa kimsə də var?
- Hələlik başqa yoxdur. Mənim görmək istədiyim oyunçular bura gəlməyəcək. Onların yaxşı müqavilələri var və güclü klublarda oynayırlar. Təklif olunanları isə yaxşı tanıyıram, onlar mənə lazım deyil.
- Bir müddət əvvəl oğlunuz Vitali artıq məşqçi kimi fəaliyyətə başladı. O, necə işləyir?
- Hər şey yaxşıdır. O da “Neftçi”nin məşqçilər heyətində çalışır və vəzifələrinin öhdəsindən tam gəlir.
- Həyat yoldaşınız sizinlədir?
- Bəli, Bakıda mənimlədir. Məni gözləyir, yemək hazırlayır. Həmişə evdə nahar edirəm. Lesya ilə birlikdə oturub söhbət edirik, sonra dincəlirik. O da burada özünü yaxşı hiss edir. Bakı sakit və gözəl şəhərdir, gəzməyə vaxt tapır.
- Vətəninizdəki hadisələri izləməyə vaxt tapırsınız?
- Əlbəttə. Hər gün Ukraynadan xəbərləri oxuyuruq. Çox ağrılıdır. Bu mənasız müharibə çox kədər gətirdi. Qardaşım oğlunun həyat yoldaşı artıq 2 ildir döyüşür. Drujkovka, Konstantinovka bölgəsində vəziyyət çox ağırdır. Daim əlaqədəyik. Bu yaxınlarda öyrəndim ki, ön cəbhədə maşınlarını vurublar. Onlara “Nissan Navara” pikap alıb göndərdim. Şükür ki, çatıb, hər şey qaydasındadır (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























