Ölkə futbolu
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Mövsümün əvvəlində Saşa İliçi baş məşqçi postuna gətirən “Sumqayıt” çempionata yaxşı start verdi. İlk turlar komanda liderlər sırasında idi. Ümumiyyətlə, qış fasiləsinə qədər bəzi matçlarda gözlənilməz xal itkiləri ilə üzləşsə də, “gənclik şəhəri”nin təmsilçisi 16 turdan sonra medala iddialı təsiri bağışlayırdı. Komanda qış fasiləsinə dördüncü yerdə yollandı və “Sumqayıt”ı üçüncü pillədəki “Zirə”dən cəmi 1 xal ayırırdı.
Komandanın bu uğurlu çıxışı mövsümün ikinci hissəsində də davam etdirməsi üçün rəhbərlik tərəfindən qış fasiləsi ilə bağlı bütün lazımi addımlar atıldı. Bəzi klublar qış toplanışını ölkə daxilində keçsə də, “Qarabağ” və “Zirə” kimi klublar cəmi 1 həftəlik Antalyaya yollansa da, “Sumqayıt” qardaş ölkədə 2 həftə oldu. Eləcə də heyətin gücləndirilməsi üçün lazımi addımlar atıldı. Milli komandamızın üzvü Emil Mustafayev və ukraynalı müdafiəçi Danilo
Beskorovaynıy Ukraynanın “Polissya” klubundan icarəyə götürüldü. Həmçinin Trnava “Spartak”ından Sedrik Badolo transfer olundu. Məlum məsələdir ki, qış transfer pəncərəsi zamanı yaxşı futbolçu tapmaq çətindir. Buna baxmayaraq, “Sumqayıt” heyətini gücləndirə bildi. Danilo
Beskorovaynıy demək olar ki, gəldiyi ilk gündən müdafiənin mərkəzində əsas heyət üzvünə çevrilib. Emil Mustafayevin nəyə qadir olduğu məlumdur. O ki qaldı Sedrik Badoloya, açığı, “Sumqayıt” rəhbərliyinin bu hücumçunu necə razı saldıqları çox maraqlıdır. Çünki Burkina Faso millisinin üzvü olan 26 yaşlı futbolçu “Şerif”in heyətindəki parlaq çıxışı ilə adından söz etdirib. Onun üçün Avropada klub tapmaq çox asandır.
Bir sözlə, “Sumqayıt” qış fasiləsindən lazımınca yararlansa da, mövsümün ikinci hissəsində nəticələr yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Geridə qalan 7 tur ərzində komanda cəmi 1 qələbə qazanıb, 2 dəfə heç-heçə edib, 4 dəfə isə uduzub. 21 mümkün xaldan cəmi 5-i toplanıb. Eləcə də İliçin çalışdırdığı kollektiv 1/4 finalda “Zirə”yə uduzaraq ölkə kuboku ilə vidalaşıb. Bütün bu nəticələr isə komandanın avrokubok iddiasına ciddi zərbə vurub. Saşa İliç də hər oyundan sonra gah nala vurur, gah mıxa. Uğursuzluğun səbəblərini aşkarlayıb, çatışmazlıqları aradan qaldırmaq əvəzinə serb mütəxəssis ya transferlərlə bağlı sualı cavabsız qoyur, ya da strategiyanın dəyişdiyini bildirir.
Ümumiyyətlə, transfer məsələsində İliçin nədənsə narazı qalmağa haqqı varmı? Hansı komanda qış fasiləsində heyətini 3 lazımlı futbolçu ilə gücləndirib? Daha əvvəl də qeyd etdiyimiz kimi, əvvəla, qışda yaxşı futbolçu tapmaq çətindir. İkincisi də “Sumqayıt”ın büdcəsi 20-30 milyon deyil ki, heyətini 15-20 legionerlə gücləndirsin. Məhdud şəraitdə qışda 3 futbolçunun keçidi belə asan məsələ deyil. Lakin İliçin bu mövzuda suallardan yayınması oxların rəhbərliyə yönəlməsinə gətirib çıxarır... Halbuki bu gün Saşa İliçin “Sumqayıt” rəhbərliyindən narazı qalmaq üçün heç bir əsası yoxdur. Bunları deməklə bütün günahı məşqçinin üzərinə atmaq fikrində deyilik. Komanda uğursuz çıxış edirsə, bunda futbolçular da günahkardırlar. Onlar da məsuliyyətlərini dərk etməli, vəziyyəti dəyişməlidirlər. “Sumqayıt”ın son oyunlarına baxanda adam deməyə söz tapa bilmir. Sanki futbolçular göydə uçurlar, hərənin fikri bir yerdədir. İliç isə komandanı ayılda bilmir. Halbuki vəziyyət elə də faciəvi deyil. “Sumqayıt”ı hazırda 4-cü pillədən cəmi 7 xal geri qalır. Qarşıda isə 10 tur var və bu, 30 mümkün xal deməkdir. İliçin üzərinə düşən kollektivi silkələməkdir. O, bunu bacarmasa, böyük ehtimalla, “Sumqayıt”da fəaliyyəti 1 ildən artıq çəkməyəcək.
Yeri gəlmişkən, son günlər “Sumqayıt”ın uğursuz çıxışının fonunda sosial şəbəkələrdə, mətbuatda Samir Abasovun komandaya mümkün qayıdışı müzakirə olunur. Lakin əminliklə demək olar ki, bu, yalnız şayiədir. Hər halda Abasovun “Sumqayıt”dan son gedişi unudulmayıb. Ona görə də çətin ki, bu rəhbərlik olduğu müddətdə Abasov komandaya qayıtsın...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























