10 Iyun 2026, Çərşənbə
“Qarabağ”ın istirahəti başa çatdı
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi

Ölkə futbolu

"Turan Tovuz"un qapıçısından əla göstərici

“Turan Tovuz”un qapıçısı Sergey Samok Premyer Liqada meydana çıxdığı ardıcıl 8-ci oyunda qapısını toxunulmaz saxlayıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 23-cü turunun “Neftçi” ilə görüşündə (1:0) qapısını toxunulmaz saxlayan qolkiper cari mövsüm meydana çıxdığı 6 matçın heç birində qol buraxmayıb.

Samok ötən çempionatın son iki turunda da “quru oyun” keçirib. O, sonuncu dəfə 2024/25 mövsümünün 34-cü turunda qol buraxıb.

Rusiyalı qapıçı “Neftçi” ilə 2025-ci il mayın 10-da baş tutan ev matçında (1:2) rəqibin fərqlənməsinə mane ola bilməyib. Həmin görüşdə sonuncu qolu 32-ci dəqiqədə Dembo Darbo vurub. Buraxılan topdan sonra Samok quru dəqiqələrinin sayını 778-ə çatdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30