9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Füzuli Məmmədov: "Rəqibə keyfiyyət baxımından uduzduq"

"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Birinci hissədə bir neçə qol epizodu yaratdıq. Amma qalib gəlmək üçün bu fürsətləri dəyərləndirmək lazımdır. "Araz-Naxçıvan" keyfiyyət baxımından bizi üstələdi. Əllərinə düşən bir imkandan istifadə etdilər. İkinci yarıda oyunu çevirmək istəyirdik. Penaltidən sonra çətin oldu. Əvəzetmələrlə oyunu gücləndirmək istədik. Keyfiyyət amili baxımından rəqibə məğlub olduq.

- İkinci hissədə keyfiyyət amilini əzmkarlıqla sığortalamaq olardı?

- İkinci hissədə daha gümrah futbolçuları meydana buraxdıq, sistemdə dəyişiklik etdik. Bununla hücum xəttində say artdı. Qalib gəlmək üçün qol vurmaq lazımdır. Epizodları yaradırıq. Amma son vuruşlarda keyfiyyət önəmlidir. Futbolçular əzmkarlıq göstərdilər. Amma bu, azdır.

- Sizin rəhbərliyiniz altında"Karvan-Yevlax" qələbə qazana bilməyib...

- Çox çalışırıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Rəqibə pressinq tətbiq edirdik. Bunun üçün güc lazımdır. Pressinqlə yaxşı qol epizodları yaratdıq. Bunları vurmaq lazımdır.

- 35-ci dəqiqədən sonra komandada düşüş hiss olundu. Fiziki durum qaydasındadır?

- Sizinlə razı deyiləm. Komanda birinci hissədə pressinq tətbiq elədi. Ola bilər ki, futbolçular situasiyaya uyğun olaraq arxadan əks-hücuma çıxıblar. Fiziki və taktiki cəhətdən məğlub olmadıq. Biz bu gün rəqibə keyfiyyət baxımından uduzduq.

- Komandanı Premyer Liqada saxlamağa gücünüz çatacaq?

- Çox çalışıram. Sona qədər də çalışacam. İlk gündə necə başlamışdımsa, elə də davam etdirəm.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31