11 Iyun 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
Pedro Bikalyo daha üç il "Qarabağ"da
"Zirə"də beş yeni müqavilə - RƏSMİ
Ozobiç "Turan Tovuz"dan ayrıldı

Ölkə futbolu

“Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq”

“Qarabağ”ı Çempionlar Liqasındakı qələbə münasibətilə təbrik edirəm. İnşallah, Avropada yollarına davam edərlər. Oyunun nə qədər çətin olacağını bilirdik. Onların birinci və ikinci heyətinin fərqi yoxdur. "Qarabağ" bu gün hətta Avropada TOP komandalardandır. Məncə, maraqlı oyun alındı. Uşaqlar yaxşı mübarizə apardılar. Azarkeşlərimizi, futbolçuları təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"ın "Ayntraxt"la oyundakı heyəti meydanda olsaydı, nəticə fərqli ola bilərdi?

- Hər şey ola bilərdi.

- Oyundan öncə belə hesabı təxmin edirdiniz?

- Yox. Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Vuruşdular, qollarımızı vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq.

- "Qarabağ"ı məğlub etdiyiniz üçün "Kəpəz"də əla mükafat olacaq?

- Onu rəhbərlik bilər. Belə məsələlərə biz qarışmırıq. Mənə elə gəlir ki, futbolçuları layiqincə qiymətləndirəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30