13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Ramon Maçado 20-yə çatdı

Ramon Maçado Premyer Liqada 20-ci qolunu vurub. “Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan Premyer Liqasının 17-ci turunun “İmişli” ilə səfər matçında (2:2) fərqlənib.

Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.

O, Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə 44 qolla Reynaldo Silva başçılıq edir.

1. Reynaldo Silva - 44

2. Junivan Suares - 40

3. Junior Nildo - 37

4. Flavinyo - 31

5. Rafael Utziq - 26

6-8. Dodo - 23

Olavio Juninyo - 23

Kadi Borqes - 23

9. Mario Souza - 22

10. Felipe Santos - 21

11. Ramon Maçado - 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox - 51 qola imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30