29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

"Neftçi"dən 100-cü qolsuz oyun

Azərbaycan Premyer Liqasının 17-ci turu “Neftçi” üçün yubileylə əlamətdar olub. “Ağ-qaralar” “Zirə” ilə ev görüşündə qolsuz heç-heçə edib - 0:0.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 100-cü belə matçı olub. Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.

Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına təsadüf edib. Cari mövsümdə isə 4-cü dəfə belə nəticə qeydə alınıb. Paytaxt təmsilçisi 49 dəfə səfərdə, 1 dəfə neytral meydanda qolsuz oyunun iştirakçısı olan komanda 50-ci dəfə ev görüşünü 0:0 ilə tamamlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31