13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Dünya reytinqi: “Qarabağ” gerilədi, “Neftçi” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) dünya klublarının yanvar ayı üçün yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, siyahıda 704 komanda yer alıb. Onların sırasında Azərbaycanın 6 təmsilçisi də var - “Qarabağ”, “Sabah”, “Zirə”, "Neftçi", “Araz-Naxçıvan” və "Turan Tovuz".

Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə 1 pillə geriləyərək 68-ci yerdən 69-cu sıraya düşüb. “Qarabağ”ın aktivində 182,5 xal var.

Siyahıda ən ciddi irəliləyiş edən Azərbaycan klubu “Araz-Naxçıvan” olub. Komanda  (60,25) 486-cı pillədən 456-cı yerə yüksəlib. "Neftçi" (51,25) 563-cü yerdən 553-dək irəliləyib. "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Turan Tovuz" (45) isə 608-ci pillədən 627-yə düşüb.

Reytinqə PSJ başçılıq edir (613 xal). “Real" (471) ikincidir. İlk üçlüyü isə “Çelsi” (447) qapayır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30