13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Qarabağ" - "Ayntraxt" oyununun biletləri satışa çıxır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyununun biletləri satışa çıxır.

Futbolxeber.az saytının Ağdam klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, biletlər 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Klubun açıqlamasında bildirilib ki, saxta biletlərə və digər saytlara aldanmayın.

Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı saat 21:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30