Ölkə futbolu
“Ayın qolu”nun müəllifi: “Bilmirəm Premyer Liqada oynamağıma nə mane olur...”
I Liqada dekabr ayı üçün “Ayın qolu” layihəsinin qalibi, “Şahdağ-Qusar”ın hücumçusu Ruslan Voronsovun Futbolxeber.az saytına müsahibəsi
- Ayın qolu layihəsinin qalibi oldunuz. Namizədlər müəyyənləşərkən yəqin ki, digər qolları da izləmişdiniz. Qalib olacağınızı gözləyirdinizmi?
- Açıq deyim ki, vurulan 5 qolun hamısı biri-birindən gözəl idi. Ona görə də 50-nin 50-yə qalmışdım. Düşünürdüm ki, seçilə də bilərəm, seçilməyə də. Ona görə qalib gəlməyim bir az sürpriz oldu.
- Siz 5 qolun 5-ini də qalib olmağa layiq bilsəniz də, 11 namizəddən 7-si məhz sizə səs verdi. Demək olar ki, bu cür inamlı qələbə sizin üçün sürpriz oldu?
- Səs verən münsiflər heyətinə təşəkkürümü bildirirəm. Sağ olsunlar. Dediyim kimi, belə açıq fərqlə qalib seçiləcəyimi düşünmürdüm. Ona görə də həqiqətən də mənim üçün gözlənilməz oldu.
- Bəs seçim imkanı sizin əlinizdə olsaydı, 5 qoldan hansını ən yaxşı seçərdiniz?
- Seçim imkanı məndə olsaydı, Musa Musazadənin vurduğu qolu seçərdim. Həmin qol çox xoşuma gəlmişdi. Mən ona səs verərdim.
- Mövsümün ilk hissəsini “Şahdağ-Qusar” üçün necə dəyərləndirsiniz?
- Əslində mövsümə yaxşı başlamışdıq. Sonradan oyunçu çatışmazlığı ilə üzləşdik. Zədəli oyunçularımızın çox olması komandamıza mənfi təsir göstərdi. Üstəlik, bir çox futbolçumuz ilk dəfə idi I Liqada oynayırdı. Bu da nəticələrdə özünü büruzə verdi. Sona yaxın toparlandıq. Mövsümün ilk dövrəsi çıxışımız əla olmasa da, nəticələrimizi ümumilikdə çox pis hesab etmir. I Liqanın debütantı olduğumuzu da unutmayaq.
- Hazırda “Şahdağ-Qusar”ın Premyer Liqaya yüksəlmək şansı real görünmür. Mövsümün ikinci hissəsi üçün komandanızın hədəfləri nə olacaq?
- İlk gündən də qarşımıza liqada qalmaq məqsədi qoyulub. Təbii ki, nə qədər yuxarı pillələrdə qərarlaşsaq, bir o qədər yaxşı olar. İnanırıq ki, qarşıya qoyulan tapşırığı yerinə yetirəcəyik.
- 7 qolla bombardirlər yarışında ikincisiniz. Qalib olmaq şansınızı necə dəyərləndirirsiniz?
- Düzdür, bombardir olmaq istəyirəm. Lakin bu, heç də asan olmayacaq. Çünki hazırda bombardirlər yarışında 11 qolla lider olan Seyxan Fərəcov demək olar ki, hər matçda fərqlənir, çox yaxşı formadadır. Əminəm ki, mövsümün ikinci hissəsində bombardirlik mübarizəsi də çox maraqlı keçəcək.
- I Liqada bütün komandalara qarşı oynamısınız. Premyer Liqaya yüksəlmək baxımından hansı komandanı daha şanslı görürsünüz?
- Əsas favoritlər “Şəfa”, “Səbail” və “Baku Sportinq”dir. Çempionluq mübarizəsi bu 3 klub arasında gedəcək. Adətən I Liqada hər şey qış fasiləsindən sonra aydın olur. Çünki əksər klublar qış fasiləsində güclənirlər. Ona görə də indidən kimin çempion olacağı bilinmir.
- Ötən mövsüm “Qəbələ” ilə I Liqada çempion olsanız da, sizi Premyer Liqada görə bilmədik. I Liqada son illər inamlı təsir bağışlayırsınız. Bəs daha irəli getməyə, Premyer Liqada forma geyməyinizə nə mane olur?
- Arzularımdan biri də Premyer Liqada oynamaqdır. Bilmirəm buna nə mane olur. Qismət... Sabah nə olacağını bilmək olmaz. Yenə də həvəsdən düşmürəm. Əlimdən gələni edirəm.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
09:00
“Neftçi” üçün liderlik şansı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























