29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

“Araz-Naxçıvan”ın üzvləri Uşaq evini ziyarət ediblər

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla görüşüblər.

Futbolxeber.az saytının məlumatına görə, Yeni ilin ilk günlərində təşkil edilən görüş uşaqların sosial inkişafına dəstək vermək, onlara idmanın, o cümlədən futbolun faydalarını, sağlam həyat tərzinin əhəmiyyətini anlatmaq və onlarda idmana marağı artırmaq məqsədi daşıyıb.

Görüş zamanı uşaqlar qonaqlar üçün hazırladıqları musiqi nömrələrini və müxtəlif rəqsləri nümayiş etdiriblər. Daha sonra futbolçular uşaqlarla əyləncəli oyunlar oynayıb, onları maraqlandıran sualları cavablandırıblar. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Uşaq evinin sakini Qənirə Zeynalova və Elza Rəsulzadə “Araz-Naxçıvan”ın 16 yaşadək qızlardan ibarət komandasının heyətində çıxış edirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31