29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Rəşad Eyyubov: “Bizim üçün çox önəmli toplanışdır”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyubovun iştirakı ilə brifinq təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, U-21-in baş məşqçisi media nümayəndələrinə açıqlamasında komandanın hazırlığı barədə fikirlərini bölüşüb:

“Bizim üçün çox önəmli toplanışdır. Oyunçularla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yarandı. Əksəriyyətini izləyirdik, amma şəxsi təcrübə fərqli olur. Futbolçuların hamısını izləyirik, hər biri ilə bağlı bütün lazımi məlumatlar bizdə var. Yenə də oyunçulara yaxından baxmaq lazımdır. Onların səviyyəsindən şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq”.

Qeyd edək ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçən U-21 millimizin toplanışı yanvarın 17-dək davam edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31