3 Iyul 2026, Cümə
Millimiz Lüksemburqa qalib gəldi
“Neftçi” “ÇFR Kluj”a məğlub oldu
Mustafayev daha 2 il "Sumqayıt"da
DÇ-2026: 1/8 finalın 5 cütü məlumdur

Ölkə futbolu

“Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram”

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyun barədə fikirlərini bölüşüb. Mütəxəssis məğlubiyyəti üzücü adlandırıb və sərgilədikləri oyuna görə məğlubiyyətə layiq olmadıqlarını bildirib. O, xüsusilə yaradılan çoxsaylı qol imkanlarının boşa verilməsindən gileylənib:

"Çempionat oyununda bu qədər qol epizodu yaradaraq dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik".

Baş məşqçi indiyə qədər toplanan xalların pis olmadığını, lakin daha yaxşı nəticə göstərə biləcəklərini qeyd edib. Baş məşqçi gənc futbolçuların performansına da toxunaraq onların etimadı tam doğrultmadıqlarını vurğulayıb:

"Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Biz onların gələcəyini düşünərək daha böyük hədəflər qoyuruq. Amma gənclərin bu qədər epizoda girib istifadə edə bilməmələri bizi üzür. Demək ki, futbolçularımız buna hələ tam hazır deyillər, özlərinə inanmaqları vacibdir".

Mütəxəssis qış fasiləsinə yollandıqlarını, bu matçda qələbə qazanaraq 6-cı pilləyə və ya daha yüksək mövqeyə qalxmaq istədiklərini, lakin bunun alınmadığını əlavə edib. Sonda mütəxəssis "Araz-Naxçıvan"ı qələbə münasibətilə təbrik edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31