25 Sentyabr 2026, Cümə
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Kenan Piriç: “Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik”

“Neftçi”nin qapıçısı Kenan Piriç Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt”la heç-heçə (2:2) etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Bizim üçün üzücü nəticədir. Oyuna çox yaxşı başladıq. İlk hissədə çox fəal idik. Matçın ilk 50 dəqiqəsində iki qol vurduq. Hesab arasındakı fərqi daha da artırmalı, üçüncü, dördüncü qolu vurmalıydıq. Bunun üçün xeyli şansımız da oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Sonradan nə baş verdisə, rəqib üstünlüyü ələ aldı. Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik.

- “Neftçi” əksər matçlarda ikinci hissədə zəif görünür. Bu, nədən irəli gəlir?

- Deməzdim zəifik. “Sumqayıt”la oyundakı nəticəni bəxtsizliklə əlaqələndirərdim.  Bu, mövsümdəki ən yaxşı oyunumuz idi. Tam üstün idik. Lakin qələbə şansını əldən verdik.

- Yuri Vernidubun gəlişi “Neftçi”də nəyi dəyişib?

- İlk növbədə oyun nizam-intizamını qeyd edərdim. Hamı gördü ki, ilk 45 dəqiqədə necə intizamlı oynadıq. Rəqibə heç bir şans vermədik. Lakin fasilədən sonra oyunumuzu itirdik. Xeyli çətinliklə üzləşdik. Ümid edirəm ki, növbəti matçlarda 90 dəqiqə eyni tempdə çıxış edəcəyik.

- Baş məşqi təyinatından sonra sizinlə söhbətində nələr dedi?

- Əvvəlki oyunların analizini apardıq. Çatışmazlıqlarımızı, səhvlərimizi dedi.

- Yuxarı pillələrdən xeyli aralı düşdüyünüzü nəzərə alsaq, “Neftçi”nin mövsümün ikinci yarısındakı hədəfi nə olacaq?

- Hədəfimiz itirilən xalları bərpa etmək, fərqi azaltmaq və turnir cədvəlində daha da irəli getməkdir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30