Ölkə futbolu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" Azərbaycan Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.
Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar"ın yeni baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Qələbə hesabını niyə saxlaya bilmədiniz?
- 65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da "Neftçi" nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olsa da, daha 3 qol vurmaq üçün şanslarımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Komandam son 20 dəqiqəni yoğrun şəkildə oynadı. Səmimi şəkildə etiraf edim ki, fiziki güc yetərli qədər olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox. Qarşıda "Karvan-Yevlax"la oyunumuz var. Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik. Orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. Yaxşı komandamız var. Futbolçuların sürəti, topla davranışı, texnikaları yaxşıdır. Sadəcə olaraq düzəlməli olan 1-2 məqam var. Bunlardan biri intizamın yaxşılaşdırılması, digəri isə fiziki gücün artırılması olmalıdır. "Neftçi"nin daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Bu klubu Ukraynada "Dinamo" və "Şaxtyor"la müqayisə edirəm. "Neftçi" tarixi klubdur, Azərbaycan üçün brenddir.
- Sizin qarşınıza bu mövsüm üçün konkret hansı hədəf qoyulub?
- Böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm. İndi nəsə demək çətindir. Zaman göstərəcək. Bugünkü 65-70 dəqiqədəki kimi oyun sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər irəli getməli olduğumuzu bilirəm. Amma futbolda hər şey ola bilər. Buna inanıram. İnanmasam, bura gəlməzdim.
- Əlinizdə olan heyət qarşınıza qoyulan hədəflərə çatmaq üçün yetərlidir?
- Komandada olanlar pis oyunçular deyillər. Yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Klub rəhbərliyi ilə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun. Vaxt da azdır. Dekabrın 20-si sonuncu oyunumuzdur. Yanvarın 23-ü isə yeni ilə ilk matça çıxacağıq. Cəmi 1 ay vaxtımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Bu, çox önəmlidir. Onların üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. O mövqeyi tutsaq, gərək hər yarım ildə yeni komanda quraq. bu da effekt verməyəcək.
- "Neftçi"nin bu mövsüm bir oyunda bu qədər qol epizodu yaratdığını xatırlamırıq. Qısa müddətdə nəyi dəyişdiniz ki, komanda belə məzmunlu oyun göstərdi?
- Düşünürəm ki, ilk növbədə bütün futbolçularla danışmaq lazımdır. Taktiki məşğələlərə daha çox vaxt ayırmaq vacibdir. Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır. Bir var hər şeyi öz qapından başlayasan, onda 60-70 metr məsafə qət etməli olursan. Hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. Bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim dediyim futbol 60-70 dəqiqədə oynadığımız futbol idi. Burada həm kompaktlıq, həm də sürət var idi. Amma sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi.
- Vensan Abubakarın hazırlıq durumu sizi tam razı salmır?
- Bassala Sambu çox böyük iş gördü, "Sumqayıt"ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onun şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın "Portu"da, "Beşiktaş"da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

