Ölkə futbolu
AFFA klubları soyur! - ARAŞDIRMA
Son zamanlar AFFA İntizam Komitəsi Premyer Liqa klublarına qarşı sərt cəzaları ilə seçilir. 5000 və ya 10000 manatlıq cərimələr sanki adi hala çevrilib. Bu məbləğlər imkanlı klubların büdcəsinə ciddi təsir etməsə də, əsasən dövlətin ayırdığı vəsaitlə ayaqda duran kollektivlər üçün böyük problemlər yaradır. Xüsusən də azarkeşlərlə bağlı cərimələrin sərtliyi ciddi narazılıq doğurur.
Futbolxeber.az saytı AFFA İntizam Komitəsinin bu mövsüm Premyer Liqa klublarına verdiyi cəzalarla bağlı araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, cari mövsüm Premyer Liqada baş verən xoşagəlməz hallara görə klublar ümumilikdə 193 300 manat cərimə olunublar. 14 tur ərzində 82 qarşılaşma (2 matç baş tutmayıb) keçirildiyini nəzərə alsaq, bu, orta hesabla hər oyun üçün 2358 manat cərimə deməkdir.
İntizam Komitəsinin ən çox cəzalandırdığı klub “Neftçi”dir. Belə ki, 14 tur ərzində “ağ-qaralar” 72400 manat cərimə edilib. Bu, ümumi məbləğin 38 fazini təşkil edir. “Neftçi” cəza sıralamasında ən yaxın izləyicisini 3,7 dəfə qabaqlayır.
İntizam Komitəsinin ən az cəzalandırdığı klub isə “Zirə”dir. 14 tur ərzində qəsəbə təmsilçisi assosiasiyaya cəmi 2200 manat cərimə ödəyib.
14 tur ərzində klubların İntizam Komitəsinin cərimələrinə görə ödədiyi məbləğlər:
“Neftçi” - 72400
“Sumqayıt” - 19300
“Kəpəz” - 18600
“Karvan-Yevlax” - 16700
“İmişli” - 16400
“Sabah” - 15100
“Qarabağ” - 11000
“Şamaxı” - 7900
“Turan Tovuz” - 6900
“Araz-Naxçıvan” - 4400
“Qəbələ” - 2400
“Zirə” - 2200
14 tur ərzində İntizam Komitəsinin ən böyük cəriməsi 10 min manatdır. 4 belə hal yaşanıb ki, bunlardan biri “Sabah”, biri “Sumqayıt”, ikisi isə “Neftçi” ilə bağlıdır. 3 dəfə məşqçilər 10 min manat həcmində cərimələnib ki, bu sırada “Sabah”ın məşqçisi, “Sumqayıt” və “Neftçi”nin baş məşqçiləri yer alıb. Daha bir dəfə isə “Neftçi” “Zirə” ilə görüşdə azarkeşlərin iğtişaş törətməsinə görə 10000 manat cərimə ödəməli olub.
Yuxarıda da qeyd etdiyimiz kimi, cari mövsüm xüsusən azarkeşlərlə bağlı cərimələr ciddi narazılıq yaradır. Azarkeşlərin rəqib futbolçular, yaxud hakimlər barədə səsləndirdiyi qeyri-etik şüarlar yekunda komandaların böyük məbləğdə cərimələnməsi ilə nəticələnir.
14 tur ərzində klublar azarkeşlərin davranışına görə ümumilikdə 92 min manat cərimələniblər. Bu, ümumi cərimə məbləğinin (193300 manat) təxminən yarısını - 48 faizini təşkil edir.
İntizam Komitəsinin azarkeşlərlə bağlı 92 minlik cərimə siyahısının əsas hissəsini rəqib komandaların və hakimlərin təhqir olunması təşkil edir. Belə ki, klublar ümumilikdə 55 min manat təhqirə görə, 10 min manat meydançaya yad/kənar əşya atılmasına görə, 10 min iğtişaş yaratmağa görə, 8 min manat oturacaqların sındırılmasına görə, 6 min manat pirotexniki vasitələrdən istifadəyə görə, 3 min manat isə ayrı-seçkiliyə görə cərimələniblər.
Azarkeşlərin davranışına görə 7 klub cərimə edilib. Fanatların ən çox xərcə saldığı klub “Neftçi”dir. “Ağ-qaralar” ümumilikdə azarkeşlərə görə 47500 manat cərimə ödəyib. Bu sıralamada ikinci yerdə 14 min manatla “Kəpəz”dir. Digər klublara gəldikdə isə fanatlar “Qarabağ”ı 11000 manat, “Karvan-Yevlax”ı 7000 manat, “Turan Tovuz” və “Sumqayıt”ın hər birini 5000 manat, “Araz-Naxçıvan”ı isə 2500 manat ziyana salıblar.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

