30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Ölkə futbolu

Azər Bağırov: “Futbolçularımdan razıyam”

“Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtimiz gətirmədi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Araz-Naxçıvan"a 0:2 hesablı məğlub olduqları matçı şərh edərkən deyib. Mütəxəssis oyunun maraqlı keçdiyini, lakin şansın onlardan yan ötdüyünü vurğulayıb:

“Futbolçularımın oyunundan çox razı qaldım. Əlimizə düşən fürsətləri qola çevirsəydik, daha fərqli oyun gedəcəkdi. Sadəcə bəxtimiz gətirmədi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq”.

Bağırov oyundan sonra hakimlər otağına daxil olması ilə bağlı sualı isə belə cavablandırıb:

“Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30