10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Neapoldakı oyun üçün "Qarabağ" azarkeşlərinə nə qədər yer ayrılıb?

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını "Stadio Diego Armando Maradona"da izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün ayrılmış vauçerlər satışa çıxır.

Futbolxeber.az saytının "Qarabağ"ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti 110 AZN-dir.

Vauçerləri ilkin olaraq iTicket.az-da əldə etmək mümkündür. Oyun gününə qədər biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Qarabağ" azarkeşləri üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb.

Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

Klubunun açıqlamasında bildirib ki, azarkeşlər e-mail ünvanının düzgün yazılmasından əmin olmalıdır. və biletlər yalnız göstərilən e-mail ünvanına göndəriləcək.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə  00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31