10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

U-15 millimiz üçün seminar

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Azərbaycanın U-15 millisinin futbolçuları üçün "Futbolda Uşaq Hüquqlarının Qorunması" mövzusunda seminar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan tədbirin həyata keçməsində məqsəd uşaqların və yeniyetmələrin futbol mühitində təhlükəsizliyini təmin etmək, zorakılıq və sui-istifadə hallarının qarşısını almaq, eləcə də etik davranış və inklüzivlik prinsiplərini təşviq etməkdir.

Seminara layihənin mentoru və layihə əsaslı öyrənmə üzrə ekspert Ofeliya Qafarova rəhbərlik edib. O, futbolçularla uşaq hüquqlarının qorunması, təhlükəsiz idman mühiti, komanda daxilində hörmət və məsuliyyətli davranış haqqında interaktiv formada söhbətlər aparıb.

Tədbir praktiki və interaktiv üsullarla təşkil olunub. İştirakçılar situasiyalı tapşırıqlar, qrup müzakirələri, oyun əsaslı fəaliyyətlər və onlayn viktorina (quiz) vasitəsilə mövzunu daha dərindən öyrəniblər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31