Ölkə futbolu
Bayandur Mehdiyevdən AFFA-ya: “Nə oldu o ayaqqabı?”
İndiki dövrdən fərqli olaraq, bizim yeniyetməlik vaxtımızda – 90-ların sonu, 2000-lərin əvvəlində – internet yox səviyyəsində idi. Həmçinin sosial şəbəkələr, yutub kimi ifadələr bizə yad idi. Bizim nəslin komediya anlayışı “Komedixana” yox, “Parni iz Baku”nun konsertləri idi. İmkanı olanlar həmin konsertləri hər il Respublika sarayından, olmayanlar isə təxminən konsertdən bir ay, ay yarım sonra “prokat” video kassetlərdə izləyirdi. 20-25 il keçsə də, bu gün də həmin konsertlərə insan həvəslə, böyük maraqla tamaşa edir. Çünki o zarafatlar indiki kimi beldən aşağı yox, düşündürücü idi.
Hörmətli oxucu, düşünmə ki, futbol saytının əməkdaşı sizinlə əsrin əvvəli ilə bugünkü komediyanın səviyyəsini müqayisə etmək fikrindədir. Cızma-qaramın mustafası başqadır.
Dünən gecə “Parni iz Baku”nun 2000-ci ildəki konsertini bəlkə 397-ci dəfə izləyərkən bir anda gözümün önündə bizim AFFA canlandı...
Deməli, KVN-şiklər 25 il əvvəl kifayət qədər populyar olan ABA kanalında Bayandur Mehdiyevin aparıcılığı ilə yayımlanan “Qız qalası” proqramını parodiya edirlər. Verilişin qonağı cazmen Cavan Zeynallıdır. Qonağı salamlayan Bayandur Mehdiyev üzünü ona tutaraq deyir:
“Yadımdadır, 75-ci ildə siz “Qaya” qrupunun tərkibində getmişdiniz Çexoslovakiyaya. Yadındadır? Yadındadır, hə? Onda mən sənə 50 rubl verdim, sən mənə “Tsebo” ayaqqabısını alasan. Nə oldu o ayaqqabı?”
Rəhmətlik Bayandur Mehdiyev sağ olsaydı, yəqin ki, AFFA rəhbərliyinə, baş katib Cahangir Fərəcullayevə improvizə edərək, "Hörmətli AFFA, nə oldu o strategiya?” sualını ünvanlayardı...
Ay bağ belə, bostan elə. İlyarım əvvəl AFFA-da rəhbərliyə gələndə inkişaf nağılları danışıldı, bir ilə yaxın camaatın başı strategiya ilə qatıldı. Milyonlar verib strategiya yazdırıldı. Həmin inkişaf strategiyasının ictimaiyyətə təqdimatından artıq 9 aydan da çox vaxt keçib. Amma strategiyada yazılanların heç bir faizi də icra olunmayıb. Niyə? AFFA rəhbərliyi görəsən, nəyi, kimi gözləyir? Ümumiyyətlə, strategiyanın adını çəkən də yoxdur. Səhv etmirəmsə, AFFA-nın baş katibi Cahangir Fərəcullayev sonuncu dəfə strategiya sözünü dilinə apreldə gətirib. Həmin vaxt AFFA-nın Hesabat Konfransında baş katib səsləndirdiyi fikirləri ümumiləşdirərək, “Sıfırdan ev tikməliyik” demişdi. Yarım il keçib, lakin həmin evin heç özülü də qoyulmayıb. Bu gedişlə qoyulmayacaq da...
Görünür, biz strategiya anlayışını səhv başa düşmüşük.
Əslində, hazırkı AFFA rəhbərliyi strategiya deyəndə
* Əsas milli komandanın qələbə üzünə həsrət qalmasını;
* Aşağı yaş qrupları üzrə milli komandaların seçmə mərhələdə darmadağınlarla üzləşməsini;
* U-17 qızlar millisinin Uelsdən 7 cavabsız qol buraxmasını;
* Fransaya 0:3 hesabı ilə uduzmağı atəşfəşanlıqla qeyd etməyi;
* U-21 yığmasını kateqoriyasız, əvəzində daydaylı məşqçiyə tapşırmağı;
* İcraiyyə Komitəsinin qərarı olmadan əsas milliyə, gənclər millisinə baş məşqçi təyin etməyi;
* Azərbaycan hakimliyini biabırçı səviyyəyə endirməyi;
* Vitse-prezidentin tutduğu postu unudaraq ölkə çempionatının oyununda sevimli komandasının qolunu alqışlamasını;
* Baş katibin millinin baş məşqçisindən iki dəqiqəyə üz döndərməsini;
və s. və ilaxırı nəzərdə tuturmuş...
Siz də saf adamlarsınız e, harada görülüb ki, strategiya deyiləndə inkişaf nəzərdə tutulsun? Nə olsun ki, adı “İnkişaf strategiyası”dır...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
09.11.2026
08.11.2026
07.11.2026


















.jpg)





