8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Abubakar son 6 ilin ilkinə imza atdı

“Neftçi”nin futbolçusu Vensan Abubakar Azərbaycan Premyer Liqasındakı debütündə ardıcıl 2 oyunda qol vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu 9-cu turun “Qəbələ” (2:0) və 10-cu turun “Kəpəz”lə (5:1) matçlarında fərqlənib. Hər görüşdə 1 dəfə fərqlənən afrikalı forvard Premyer Liqanın son 6 mövsümündə yeganə debütantdır ki, ilk iki qarşılaşmanı qolsuz tərk etmir.

Turnirin tarixində sonuncu belə debüt 2019/20 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan meydana çıxıb, digərində isə start heyətində yer alıb.

Qeyd edək ki, paytaxt təmsilçisi oktyabrın 21-də 33 yaşlı forvardla 1+1 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31