21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Azər Bağırov: “Verdikləri qərarların hamısı onlara yedizdiriləcək”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi”yə 1:5 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil edilən mətbuat konfransında 41 yaşlı mütəxəssis matça itki ilə çıxdıqlarını söyləyib: “Ehtiyat skamyamız zəif idi. Planlaşdırdıqlarımızı reallaşdıra bilmədik, buna görə də məğlub olduq”.

A.Bağırov komandasının müdafiədə zəif oynamasının səbəbləri barədə suala belə cavab verib: “Bu görüşdən əvvəl iki vacib futbolçumuzu itirdik. Bu da nəticəyə təsir etdi. Hələlik müdafiədə səhvlər buraxırıq”.

O, futbolçuların səviyyəsinin aşağı olması barədə danışmaq istəmədiyini deyib: “Onlar mənim futbolçularımdır və biz birlikdə işləyəcəyik. Bu oyunçularla da xal toplayacağıq. Əgər zəif tərəflər varsa, vaxtı gələndə dəyişikliklər edəcəyik”.

A.Bağırov matçın hakimliyi haqda sərt fikirlər səsləndirib: “Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqdır. Bütün dünyada, xüsusən də Türkiyədə. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarların hamısı onlara yedizdiriləcək”.

“Neftçi”nin qapıçısı Rza Cəfərovu qış transfer pəncərəsində transfer edəcəkləri haqda xəbərlərə isə A.Bağırov belə cavab verib: “Hələlik bu barədə heç nə deyə bilmərəm. Sabah nə olacağını da bilmirəm. Rza “Neftçi”nin futbolçusudur və mənimlə bu haqda danışıq olmayıb”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30