21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Kəpəz"dən yubiley qolu

"Kəpəz” Azərbaycan kubokunda 200-cü qolunu vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, 2025/26 mövsümünün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb - 2:2.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30