9 Noyabr 2026, Bazar ertəsi
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Kurban Berdıyevdən qələbə şərhi

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasınn 9-cu turunda "Karvan-Yevlax"a qalib gəldikləri matç (2:1) haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis hesabda əvvəlcə məğlub duruma düşsələr də, sonda geridönüş edə bildikləri üçün futbolçularına təşəkkürünü çatdırıb:

"Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər".

K.Berdıyev komandasının oyununun onu tam qane etmədiyini söyləyib: "Oyunumuz tam olaraq qane etmədi. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi".

O, "Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur" sualını belə cavablandırıb: "Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30