8 Iyun 2026, Bazar ertəsi
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu

Ölkə futbolu

Azər Bağırov: “Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır”

"Kəpəz" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"la qarşılaşmağımıza baxmayaraq, uğursuz seriyaya son vermək istəyirdik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Çox çətin durumda olan komandaya gəldiniz. Bu vəziyyətdən çıxacağınıza inanırsınız?

- İnanıram. Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.

- Komandanın oyununda irəliləyiş hiss olunur. Üç gün ərzində nəyi dəyişə bildiniz?

- Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.

- Qarşıda milli fasilə gəlir. Bu, sizin üçün yaxşı fürsət ola bilər?

- Əslində yoxlama oyunu keçirmək planımız var idi. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30