25 Noyabr 2025, Çərşənbə axşamı
“Qarabağ” “Napoli” səfərində
"Neftçi" "İmişli"yə məğlub oldu
“Qarabağ” Neapola yollanır
“Zirə” “Qəbələ”ni məğlub etdi

Ölkə futbolu

Brahim Konate: “... orada penalti var idi”

“Zirə”nin yarımmüdafiəçisi Brahim Konatenin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə görüşdə bərabərə qaldınız. 2:2-lik heç-heçə necə şərh edərdiniz?

- Fikrimcə, yaxşı oyun oldu. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. “Neftçi” də bizim kimi geniş heyətə malikdir. Bu mövsüm hələ uduzmamışıq. Şükürlər olsun ki, bu dəfə də seriyamızı davam etdirdik. Qazanılan 1 xaldan məmnunuq.

- Hesabda öndə olduğunuz oyunda az qala məğlub olacaqdınız. Hələ uduzmamışıq fikriniz təsəllidir?

- Xeyr, biz hər matça qələbə üçün çıxırıq. Fərqi yoxdur “Şamaxı”ya qarşı oynayırıq, ya “Neftçi”yə. Dediyim kimi, “Neftçi” güclü rəqibdir. Ona görə də qazanılan bu 1 xal bizim üçün dəyərlidir.

- Birinci hissədən sonra hər şey “Zirə”nin xeyrinə idi. İkinci hissənin ortalarında birdən-birə nə baş verdi ki, matçın gedişi tam dəyişdi?

- Rəqib güclü olduğu üçün 90 dəqiqə ərzində yeni səviyyədə oynamaq olmur. “Neftçi” çoxsaylı keyfiyyətli futbolçulardan təşkil olunub. Azsaylı qol epizodlarından yararlandılar. Dəqiq səbəb göstərmək çətindir. Ümumilikdə yaxşı oyun oldu.

- Mübahisəli penalti epizodu barədə fikirləriniz necədir?

- Epizoda baxmamışam. Hakimin qərarına hörmətlə yanaşmalıyıq. İnanıram ki, orada penalti var idi.

- Xal itirməklə həm də liderliyi əldən verdiniz...

- Bəli, “Araz-Naxçıvan” qələbə qazanmaqla zirvəyə yüksəldi. Lakin çempionat uzun marafondur. Qarşıda hələ çox oyun var. Daha çox çalışıb ilk pilləni qaytarmalıyıq.

TAĞI








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30