12 Noyabr 2025, Çərşənbə
“Neftçi” niyə uduzdu? - QEYD
“Sumqayıt”ın legionerlərinə millidən dəvət
"Neftçi" "Qarabağ"a məğlub oldu
Millimiz mübarizəni dayandırdı

Ölkə futbolu

Tural Qurbatov: “Xankəndi”nin məqsədi çempionluqdur”

“Biz “Xankəndi” komandası olaraq hər oyuna ciddi yanaşırıq. Bu görüşün çətin keçəcəyini bilirdik. Çünki azarkeş, stadion amili var. Bütün bunlara baxmayaraq, qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Xankəndi”nin hücumçusu Tural Qurbatov II Liqanın III turunda səfərdə “Ağstafa Gəncləri”nə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

O, bölgə klublarına qarşı oynamağın ikiqat çətin olduğunu bildirib: “Bölgədə oynamaq həmişə çətindir. Çünki güclü müqavimətlə üzləşirsən. Meydan, amil azarkeş amilinin də təsiri olur. Üstəlik, yerli komandalar da ikiqat hazırlaşırlar”.

Təcrübəli hücumçu “Xankəndi”nin hədəflərindən də danışıb: “Məqsədimiz çempionluqdur, hər oyuna qələbə üçün çıxırıq. Qarşıda bizi çətin qarşılaşmalar gözləyir. Həmin matçlara da ciddi hazırlaşıb, çempionluğa doğru irəliləməliyik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30