24 Sentyabr 2026, Cümə axşamı
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”
“Qarabağ”dan fanşopla bağlı yenilik

Ölkə futbolu

AFFA Elxan Məmmədov, Elnur Məmmədov və Kenan Yıldızı cəzalandırdı

AFFA II Liqa təmsilçisi "Kür-Araz"ın 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II turun "Göygöl" - "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçularından Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.

Həmçinin klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı, həm futbolçular, həm də klub rəsmisinin hərəkətlərinə görə "Kür-Araz" ümumilikdə 4000 manat cərimələnib.

İntizam Komitəsi sözügedən görüş bitdikdən sonra azarkeşləri meydana daxil olduğuna görə "Göygöl" komandasını da 250 manat cərimələyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30