24 Sentyabr 2026, Cümə axşamı
Ayxan Abbasovdan qələbə şərhi
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”
“Qarabağ”dan fanşopla bağlı yenilik

Ölkə futbolu

3 klub cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“İmişli” ilə oyunda “Sumqayıt” azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "gənclik şəhəri" təmsilçisi 5000 manat cərimələnib.

“Karvan”la görüşdə “Şamaxı”nın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

“Sabah”la qarşılaşmanın 45+2-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atıldığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi 3000 manat cərimə edilib.

“Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub əlavə 5000 manat cərimələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30