16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Ölkə futbolu

Qurban Qurbanovdan qələbə şərhi

“İlk öncə futbolçularımı təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdilər. Biz məğlub da ola bilərik. Oyuna kimi üstünlük rəqib tərəfdə idi. 0:2-dən sonra oyunu çevirmək heç də asan görünmürdü. Vurduğumuz ilk qol qələbə qazanmağımıza kömək oldu. Amma bu o demək deyil ki, “Benfika” bizdən zəif idi. Böyük bir qələbə qazandıq”.

Futbolxeber.az saytının “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfrasında deyib.

“Son vaxtlar futbol elə bir səviyyəyə gəlib çıxıb ki, asan heç nə yoxdur. İlk dəqiqələrdən futbolçularıma bildirdim ki, oyundan həzz almalıyıq. Çox üzərilərinə gedirdim ki, cəsarətli olmalıyıq. Dedim, bəli, səhvlər olacaq. Qarşımızdakı usta komandadır. Buna baxmayaraq, istəyimizdən əl çəkməməliyik. İnanın ki, bunu asan qələbə saymırıq. Sadəcə, bu gün bu zəfər bizə yazılmışdı”, - deyə Qurbanov bildirib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31