14 Sentyabr 2026, Bazar ertəsi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da

Ölkə futbolu

“Qarabağ”dan iki legioner transferi

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının oyunları üçün heyətinə iki nigeriyalı futbolçu cəlb edib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov deyib.

O, sözügedən ölkənin "Beyond Limit" akademiyasından iki oyunçunu transfer etdiklərini söyləyib:

"Həmin klubla münasibətlərimiz var idi. Müraciət etdik və oyunçularını bizə yönləndirdilər. Onlar vinger Muyideen Olude və hücumçu Toheeb Abiodundur. Hər ikisi viza məsələsi həll edilmədiyi üçün ilk matçı buraxacaq".

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının I turunda Portuqaliya təmsilçisi "Benfika"nın qonağı olacaq. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30