8 Avqust 2026, Şənbə
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı

Ölkə futbolu

Kadi: “ÇL-in Liqa mərhələsində də uğurlu çıxış etmək istəyirik”

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmalarını şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu gərgin mübarizənin yekununda istəklərinə çatdıqlarını söyləyib:

“Ferensvaroş”la cavab oyunu çox çətin alındı. Belə olacağını gözləyirdik. Səfərdəki qələbəyə baxmayaraq, rəqib vəziyyəti xeyrinə dəyişməyə çalışırdı. Gərgin mübarizənin sonunda istəyimizə çatdıq”.

O, Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində də azarkeşləri sevindirmək istədiklərini bildirib:

“Oyun boyu bizə möhtəşəm dəstək verən azarkeşlərimizə minnətdaram. Onlar bizə çox kömək oldular. Gələcəkdə də qələbələrimizlə onları sevindirmək istəyirik. Bu nəticə ilə kifayətlənə bilmərik. Liqa mərhələsində də uğurla çıxış etmək istəyirik. Bunun üçün vaxtımız var”.

TAĞI

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31