18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Ölkə futbolu

Musa Qurbanlı: “Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”

“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm. Amma istəmirəm ki, başqa şeylər düşünüm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferensvaroş”a qalib gəldikləri görüş (3:1) haqda danışarkən deyib.

Oyunda sonuncu qolun müəllifi olan futbolçu Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qol vurmaq üçün həmişə çalışır: “İndiyə qədər də çox çalışmışam, sadəcə səbrli olmaq lazım idi. Bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda səni mükafatlandırır. Mənim üzərimə düşən sadəcə işləməkdir”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30